.96.
əl-Ələq (Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
VipHost.Biz
əl-Ələq (Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
- O, insanı laxtalanmış qandan yaratdı.
- (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
- O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
- (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
- Xeyr, insan azğınlıq edər,
- Özünün dövlətli olduğunu gördüyü üçün!
- Axı sənin axır dönüşün Rəbbinədir!
- Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
- Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
- Bir de görək, əgər o doğru yoldadırsa,
- Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
- (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,
- Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
- Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
- Özü də yalançı, günahkar kəkilindən!
- Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
- Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
- Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
VipHost.Biz